RƏSMİ: Braliç “Neftçi”dən ayrıldı
30.01.2019 , 13:50

“Neftçi” daha bir futbolçusu ilə yolları ayırıb.
Xorvatiyalı müdafiəçi Slavko Braliçlə müqaviləyə qarşılıqlı razılaşma əsasında xitam verib.
Qeyd edək ki, “Neftçi” Braliçlə keçən ilin yayında 1 illik müqavilə bağlamışdı. O, bu mövsüm “ağ-qaralar”ın heyətində 13 oyunda meydana çıxıb.
