RƏSMİ: Aduriz daha bir il “Atletik”də qalacaq
22.05.2019 , 15:13

Bilbaonun “Atletik” klubu Aritz Aduriz ilə müqavilə müddətini yeniləyib.
38 yaşlı futbolçu daha bir il müddətində “Atletik” klubunun şərəfini qoruyacaq. Bütün turnirlər daxil olmaqla Bilabo təmsilçisinin heyətində 390 görüşə çıxan Aduriz bu görüşlərdə rəqib qapılara 171 dəfə yol tapa bilib. Bununla da ispaniyalı futbolçu qol hesabına görə, klub tarixinin ən yaxşı 6-lığında yer alıb.
Qeyd edək ki, Aritz Aduriz 2012-ci ildən “Atletik” klubunda forma geyinir.
