Dünya Futbolu

RƏSMİ: 17 illik “Arsenal” karyerası başa çatdı

20.06.2018 , 14:11

“Arsenal” klubunda növbəti ayrılıq rəsmiləşib

Komandanın yarımmüdafiəçisi Cek Uilşir “topçular”la başa çatan müqaviləsini uzatmayacaq. Bu baradə klubun rəsmi saytı məlumat yayıb. Uilşir öz sosial şəbəkə hesabında bu haqda paylaşım edib və 17 ildən sonra London klubundan ayrıldığını bildirib.

Qeyd edək ki, İngiltərə millisinin üzvü 2001-ci ildə “Arsenal” akademiyasına qatılmışdı. 26 yaşlı yarımmüdafiəçi “Arsenal”da 197 oyun keçirib və 4 titul qazanıb.

Son yazılar

Yuxarı