Məlum olduğu kimi “Qarabağ” “Rəvan”la matça ciddi itkilərlə hazırlaşır.
Korner.az-ın məlumataına görə, Admir Teli, Rəşad Sadıqov bu oyun öncəsi zədlidirlər.
Rəşad belindəki zədə səbəbindən millinin də son iki oyununu buraxmalı olmuşdu.
Komandanın fizioterapevti Rəşadın son durumu barədə klubun rəsmi saytna açıqlama verib: “Bildiyiniz kimi, Rəşad uzun müddətdir belindəkı ağrılardan əziyyət çəkir. Uzun müddətdir bu ağrılar var. Amma AZAL-la oyundan qabaq ağrılar daha da şiddətləndi. Belə də oyunu buraxmalı oldu. Rəşad üçün xüsusi müalicə proqramı tətbiq etdik. Əslində, kapitan bu turu da buraxmalıydı. Amma Rəşad məşqlərdə xüsusi əzmlə çalışır. Müalicənin effektini gözlənildiyindən daha erkən aldıq. Buna görə də oyun günü özünü necə hiss etməyindən asılı olaraq meydana çıxması mümkündür”.
