Bu gün 21 yaşadək futbolçulardan ibarət Azərbaycan millisi Antalya toplanışı çərçivəsində ilk oyununu keçirəcək.
Yığmamız “Alanyaspor”un U-21 komandası ilə qarşılaşacaq. Matç Bakı vaxtı ilə saat 17:00-da başlayacaq. Bu, baş məşqçisi Rəşad Sadıqovun millidə ilk sınağı olacaq.
U-21 yanvarın 21-də və 26-da Albaniyanın, ayın 23-də isə Gürcüstanın müvafiq yaş qrupundan ibarət yığma komandası ilə yoldaşlıq oyunları keçirəcək. Hər 3 qarşılaşma Bakı vaxtı ilə saat 19:00-da başlayacaq.
16 yanvar
Yoxlama oyunu
17:00 Azərbaycan U-21 – Alanyaspor U-21
