“Rəqibimizin çox güclü olmasına baxmayaraq, onları məğlub etməyə çalışacağıq".
Korner.az-ın məlumatına görə, bu sözləri "Neftçi"nin kapitanı Rəşad Sadıqov oktyabrın 4-də Avropa Liqasında İtaliya “İnter”inə qarşı keçirəcəkləri oyunla bağlı danışarkən deyib.
Türkiyənin “Cihan” agentiliyinə açıqlamasında Sadiqov Bakıdakı oyunda azarkeşlərin tam başqa "Neftçi" görəcəklərini də vurğulayıb:
"Ümid edirəm ki, bunu bacaracağıq. Azarkeşlərimiz bu oyunda çox fərqli “Neftçi” görəcəklər”"
