Millimizin kapitanı Rəşad Sadıqov ötən gün Norveçlə keçirilən matçda inamlı oyunu ilə yadda qalıb.
Korner.az-ın məlumatına görə, təcrübəli müdafiəçi fərdi göstəricilərdə 100 fazilik nəticə göstərib.
Millimizin kapitanı 42 ötürmə edib və bunun hamısı dəqiq olub. Ötürmələrdə ən pis göstərici yığmamızın qapıçısı Kamran Ağayevə (30%) və rəqib komandanın üzvü Coşua Kinqə məxsusdur (71%).
