“Belə oyunlarda hər iki komandanın tam heyətlə oynaması yaxşıdı. Ona görə də, Flavinyonun cəzasının azaldılmasına etiraz etmədik. Mahirin benzinin qiymətinin artırılmasıyla bağlı açıqlamasını oxudum. Neçe ildi millidəyəm, Neftçidə də oynamışam, amma benzin pulu almamışıq. Yeqin Mahir zarafat edib”.
Korner.az-ın məlumatına görə bu fikirləri “Qarabağ”ın kapitanı Rəşad Sadıqov “Neftçi ilə oyundan sonra səsləndirib.
Qeyd edək ki, oyun 3:1 hesabı ilə ağdamlıların xeyrinə başa çatıb.
