“Biz ilk qolu vurduqdan sonra finala çıxcağımıza əmin idik. Çünki ilk dəqiqələrdən hücum futbolu nümayiş etdirməyə başladıq və oyunun nəticsində bunun şahidi də olduq. Stamenkoviçin səhvindən bərabərlik qolunu buaxdıq”.
Bu sözləri Korner.az-a açıqlamasında “Neftçi”nin futbolçusu Rəşad Sadiqov deyib “Ağ-qaralar”ın yarımmüdafiəçisi finalda qarşılaşacaqları “Xəzər Lənkəran”la oyuna da toxunub:
“Finaldakı rəqibimiz “Xəzər Lənkəran”dı. Bizim üçün şərəfdi finala yüksəlmək və “Xəzər Lənkəran” kimi güclü komanda ilə qarşılaşmaq. İddiamız kuboku qazanmaqdı. Azarkeşlər möhtəşəm final izləyəcəklər. İnanıram ki, finalda”Xəzər Lənkəran”ı məğlub edib, kuboku qazanacağıq”.
