“Qarabağ”ın kapitanı Rəşad Sadıqovun Türkiyəyə yollandığını xəbər vermişdik.
Korner.az-ın məlumatına görə, Topaz Premyer Liqasının son turunun “Bakı” ilə oyununda sıradan çıxan təcrübəli futbolçu artıq müalicəsini başa vuraraq, Qətərə yollanıb.
Ağdam klubunun təcrübəli müdafiəçi Dohada Qətərlə yoldaşlıq görüşünə hazırlaşır. Lakin hələ Sadıqovun bu oyunda oynayıb-oynamayacağı tam dəqiqləşməyib.
Qətər – Azərbaycan matçı sabah keçiriləcək.