Azərbaycan milli komandasının kapitanı Rəşad Sadıqov Malta ilə 2:2 hesablı heç-heçə etdikləri AVRO-2016-nın seçmə qrup matçı barədə fikirlərini bildirib.
Korner.az-ın “sportnet.az”a istinadən yaydığı xəbərə görə, təcrübəli müdafiəçi yığmamızın 1:0 hesabı ilə öndə olduğu bölümədək komandamız üçün hər şeyin yaxşı getdiyini söyləyib.
Onun fikrincə, buraxılan 2 qol komandamızın ikinci hissədə işini çətinləşdirib: “90 dəqiqə boyunca oyuna nəzarət etdik. Geridə olduğumuz vaxt hesabı bərabərləşdirdik. Üçüncü qolu vurmaq istədik, amma alınmadı. Təəssüf ki, belə oyunda xal itirdik”.
