“Xəzər Lənkəran”dan ayrılan Rəşad Sadiqovun yeni klubu məlum olub.
Korner.az-ın Qol.Az-a istinadən verdiyi xəbərə görə, milli komandamızın üzvünü “Qəbələ” klubu heyətinə cəlb edib.
“Qəbələ”nin vitse-prezidenti Fariz Nəcəfov Qol.Az-a açıqlamasında xəbəri təsdiq edib. O bildirib ki, 31 yaşlı yarımmüdafiəçi ilə 6 aylıq – cari mövsümün sonuna kimi müqavilə imzalanıb.
Qeyd edək ki, R.Sadiqov bu ilin iyun ayında “Neftçi”dən “Xəzər Lənkəran”a transfer olunmuşdu.
