Çempionlar Liqasının III təsnifat mərhələsində Avstriya "Zalsburq"unu qəbul edən "Qarabağ" əzmkar qələbə qazanıb.
Korner.az-ın məlumatına görə, 9 nəfərlə Avstriya çempionunu məğlub edən "Qarabağ"ın kapitanı Rəşad Sadığov oyundan sonra fikirlərini jurnalistlərlə bölüşüb:
"Zalsburq" əla komandadır. İkinci hissədə onlar daha diqqətli oynadılar. Bizim üçün əsas olan qələbə qazanmaq idi. Ümid edirəm ki, növbəti oyunda meydandan qovulan futbolçuların yoxluğunu unutduracağıq. Məşqçiyə təşəkkür edirəm ki, bu gün mənə inandı. Müəyyən fasilədən sonra meydana qayıtmaq asan deyildi"
