Topaz Premyer Liqasının 6-cı turu çərçivəsində səfərdə “Qəbələ”yə 1:2 hesabı ilə uduzan “Neftçi”nin futbolçusu Rəşad Sadiqov jurnalistlərin suallarını cavablandırıb:
– “Qəbələ” səfəri çətin olur. İlk hissədə 2 qol buraxmaq bir az pis oldu. Toparlanmaq çətin oldu. 1 qol vurduq, bəxtimiz gətirmədi. adi səhvlərdən qol buraxdıq. Yaxşı kombinasiyalı hücumla qol vurmadılar. Öz səhvlərimizdən üzüldük. İnşallah komandamız düzələcək. Tərlan Əhmədov bunu bacaracaq. Bunun üzərində çox işləyir.
– “Neftçi”də çatışmayan nədir?
– Psixoloji durum. Ardıcıl məğlubiyyətlər futbolçuya pis təsir edir. Elə oyunçular olur ki, bu mərhələni aşa bilir. Bu vacib amildi.
– “Neftçi”yə gəlməyinin səbəbi nə oldu?
– Tərlan müəllim dəvət etdi, mən də gəldim. “Neftçi” üçün bu yerdə olmaq biabırçılıqdır. Kömək etmək üçün gəlmişəm.
– “Zirə”də intizamsızlıq etdin və ayrıldın. Bu barədə nə deyə bilərsən?
– Bu barədə çox danışdıq. Artıq hər şey keçmişdə qalıb. İntizamsızlıq etməmişəm, sadəcə, xarakterlərimiz tutmadı. Sağollaşıb ayrıldıq.
– İlk dövrə başa çatmaq üzrədir. İlk qələbəni qazana biləcəksiniz?
– Qışa qədər xal qazanmağa çalışacağıq. Daha sonra isə avrokuboklara vəsiqə üçün yarışacağıq.
sportal.az
