30-cu turun “Qarabağ” – “Rəvan” oyunundan öncə ağdamlıların kapitanı Rəşad Sadıqova kubok verilib.
Korner.az-ın məlumatına görə, televiziya vasitəsi ilə yayımlanmayan görüşün start fitindən əvvəl “Futbol+”in redaktoru Kənan Həsənov rəmzi mükafatı müdafiəçiyə təqdim edib.
Qəzetin ənənəvi sorğusuna əsasən 2013-cü ilin ən yaxşı futbolçusu seçilən Sadıqovun rəmzi mükafatının sahibinə gec çatdırılması da səbəbsiz deyil. Kapitanın zədə üzündən əksər matçların start heyətində yer almaması hər şeyin “Rəvan”la oyuna qalmasını şərtləndirib.
