“Qarabağ”ın və milli komandamızın kapitanı Rəşad Sadıqov məşqçi kursuna başlayıb.
Korner.az-ın affa.az-a istinadən məlumatına görə, o, AFFA-nın təşkil etdiyi UEFA-nın B kateqoriyalı məşqçi kursunun 1-ci mərhələsinə qatılıb.
Aslan Kərimov və Osman Rəhimovun rəhbərliyi ilə keçirilən məşğələlərə martın 10-da yekun vurulacaq.
Kursun 2-ci mərhələsi 14-17 martda, 3-cü mərhələsi 28-31 martda, dördüncü – yekun hissəsi isə 4-9 apreldə keçiriləcək.
