“Neftçi” mənim üçün doğma komandadır”. Korner.az-ın məlumatına görə, bunu hazırlığını Türkiyənin Bolu şəhərində davam etdirən “Neftçi”nin futbolçusu Rəşad Sadiqov deyib.
Yarımmüdafiəçi klubun rəsmi saytına verdiyi açıqlamada daha sonra bunları deyib: “Bu klubda 5 il oynadığımdan uyğunlaşmaq sarıdan heç bir problem yaşamadım. Həm də komanda daxilindəki yüksək əhval-ruhiyyə məşqlərə daha yaxşı köklənməyimizə kömək edir. Əsas məqsədimiz odur ki, Çempionlar Liqasının pley-off mərhələsində oynayaq”.
