Topaz Premyer Liqasında yaranacaq qış fasiləsi zamanı klublar heyətlərinə əl gəzdirəcək.
Korner.az-ın məlumatına görə, etimadları doğrultmayanlar göndəriləcək, gedənləri yenilər əvəzləyəcək.
Böyük dəyişikliyin gözlənildiyi komandalardan biri də "Qəbələ"di. Məsələ burasındadı ki, əyalət təmsilçisində etimadları doğrultmayan futbolçuların sayı çoxdu. Misal üçün, Vüqar Nadirov hələ də əsas komandada debüt etməyib. Bu səbəbdən də onun qışda göndəriləcəyi aydın məsələdi.
Derlis Mezza Kolli də stabil oyun sərgiləmir. O da qışda özünə yeni klub tapmalı olacaq. Çox güman ki, gedənlər karvanına Vaqif Cavadov da qoşulacaq. Qışda müqavilə müddəti başa çatacaq Rəşad Sadiqov barədə də böyük ölçüdə qərar verilib. Roman Qriqorçukun etimadını doğrulda bilməyən Sadiqov, ondan gözlənilən oyunu nümayiş etdirmir. Əldə etdiyimiz məlumata görə, yarımmüdafiəçinin qışda başa çatacaq müqaviləsi yenilənməyəcək.(sport7.az)
