Rəşad Sadıqov: “Hücumda istədiyimizi edə bilmədik”
16.11.2018 , 09:46

“Komandanın oyunundan razı qaldım. Topa nəzarət etməyə çalışdıq, amma hücumda istədiyimizi edə bilmədik”.
Bu sözləri U-21 millimizin baş məşqçisi Rəşad Sadıqov Ukrayna ilə Bakıda keçirilən yoxlama oyunundan sonra AFFA-nın saytına açıqlamasında deyib. Gənc çalışdırıcı 0:1 hesablıı məğlubiyyəti belə şərh edib:
“Oyunun 60-cı dəqiqəsindən sonra meydanda açıq futbol izlədik. Futbolçumuz zədələndiyi və azlıqda qaldığımız zaman diqqətli olmalıydıq. Təəssüf ki, həmin anda qol buraxdıq. Meydanda taktiki mübarizənin getdiyini qeyd edə bilərəm. Bu gün 5 müdafiəçi ilə oynamağımız rəqibə uyğun seçim idi. Ancaq bir neçə taktiki sxem üzərində məşqlər edirik”.
