"Biz Lüksemburqu bir neçə gündü təhlil edirik. Heç kim asan olacağını fikirləşməsin. Hər iki komandanın güclü tərəfləri var".
Korner.az-ın məlumatına görə, bu sözləri milli komandamızın futbolçusu Rəşad Sadıqov bu gün Lüksemburqla oyundan öncə keçirilən mətbuat konransında deyib.
Millimizin kapitan; daha sonra bunları deyib:
“Biz ilk dəqiqələrdən tələsməməliyik. Qazaxıstanla oyunda belə olmuşdu. Onda qələbə əvəzinə məğlubiyyət aldıq. Mütləq qalib gəlməliyik deyə irəi atsaq, yana bilirik. Rəqib çox yaxşı müdafiə olunur. Heyətində fərqləndirdiyim oyunçuları da deyə bilərəm: 9, 13, 22 nömrə, kapitanlarını. Oyunun əvvəlindən diqqətli olmalıyıq. Rəqib bizi cəzalandıra bilər ki, nəticədə çətinliklə üzləşərik”.
