“Qarabağ”ın və millimizin kapitanı Rəşad Sadıqov mətbuatın suallarını cavablandırıb.
Korner.az-ın məlumatına görə, o bu fikirləri səsləndirib:
“Qarabağ” bu il pis çıxış etmədi. Həm ötən mövsümün sonu, həm avrokuboklar, həm də hazırkı mövsümün əvvəlini nəzərə alsaq, pis oynamadığımızı düşünürəm. Ən əsas fasilədən sonradı. Bu liderlik bizə heç nə vermir. Əsas odu ki, mayda lider olasan”.
“Belə bir deyim formalaşıb ki, “Qarabağ” özü çempion olmaq istəmir. Bu il çempion olmaqla bunun cavabını vermək istəmirsiniz” sualına cavab verib: “Bizim istəyimizlə deyil ki. Hər şey Allahın əlindədi. Rəqiblərimiz də futbol oynaya bilir, güclü komandalar var. Özünüz də görürsünüz ki, gərgin mübarizə gedir. Biz niyə çempion olmaq istəmirik ki? Kim istəməz ki, qalib olub Çempionlar Liqasında oynamasın? Hamısı boş-boş söhbətlərdi”.
