UEFA Çempionlar Liqasının II təsnifat mərhələsinin ilk oyunları çərçivəsində sabah Albaniyanın “Skenderbeu” klubu ilə qarşılaşacaq “Neftçi” bu gün oyundan öncə mətbuat konfransı keçirib.
Korner.az “ağ-qaralar”ın kapitanı Rəşad Sadiqovun abahkı matçla bağlı səsləndirdiyi fikirlərilə sizi tanış edir:
“Bu oyuna ciddi hazırlaşmışıq. İstəyirik ki, mərhələni adlayan tərəf biz olaq. Keçən ilki uğurumuzu davam etdirmək istəyirik. Futbol özü bir gərginlikdi. Bu isə bizim məsuliyyətimizi artırır. Keçən il avrokuboklarda müsbət nəticə qazanmışıqsa bu il də bunu, eyni uğuru təkrarlamaq istəyirik”.
