Rəşad Sadıqov fonda 50 min manat köçürdü
30.03.2020 , 11:35

“Qarabağ”ın kapitanı Rəşad Sadıqov koronavirusla mübarizəyə dəstək fonduna ianə ayırıb.
Korner.az xəbər verir ki, 38 yaşlı müdafiəçi ölkə prezidentinin yaratdığı fondun hesabına 50 min manat köçürüb. O, bunu fiziki şəxs kimi reallaşdırıb.
Öncə fonda “Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov 20 min, komandanın futbolçuları isə ümumilikdə 50 min manat ayırmışdı.
