Rəşad Sadıqov, Elşad Əhmədov və Samir Abasov “Pro”nu aldılar
18.12.2018 , 10:17

AFFA-nın Futbol akademiyasında UEFA-nın Pro kateqoriyalı məşqçi kurslarını müvəffəqiyyətlə başa vuran mütəxəssislərə müvafiq diplom və sertifikatlar verilib.
Diplom və sertifikatları AFFA-nın Məşqçilər Komitəsinin sədri, İcraiyyə Komitəsinin üzvü Vaqif Sadıqov, texniki direktor Bernhard Lippert və kursların təlimatçısı Aslan Kərimov təqdim edib.
Rəşad Sadıqov, Elçin Rəhmanov, Samir Abasov, Mahmud Qurbanov, Zaur Həşimov, Elşad Əhmədov, Siyasət Əsgərov və Ramin Quliyev Pro kateqoriyası alan mütəxəssislərdir.
