Beynəlxalq Futbol Tarixi və Statistikaları Federasiyası (İFFHS) dünyanın populyar futbolçuların növbəti siyahısını açıqlayıb.
Korner.az-ın məlumatına görə, müxtəlif qitələrdən cəmlənmiş siyahıda azərbaycanlı futbolçunun da adına rast gəlmək mümkündür.
Belə ki, “Qarabağ”ın və milli komandamızın kapitanı Rəşad Sadıqov Avropanın 79 futbolçusu arasında yer alıb. 30 yaşlı müdafiəçi 71 səslə 44-cü pillədə qərarlaşıb.
Bununlada Rəşad Sami Hedira (“Real”), Aryen Robben (“Bavariya”), Luiş Nani (“Mançester Yunayted”) kimi ulduz futbolçuları qabaqlayır.
Qeyd edək ki, dünyada ən populyar futbolçu 121942 səslə İranın “Persepolis” klubunun futbolçusu Mehdi Mahdavikiyadır.
