ESPN idman kanalının rəsmi saytı Çempionlar Liqasında III turun rəmzi komandasını müəyyənləşdirib. Heyətdə “Qarabağ”ın müdafiəçisi Rəşad Sadıqov da yer alıb.
“Atletiko” ilə heç-heçə (0:0) başa açtan matçda müdafiədə etibarlı oyunu ilə seçilən kapitanla bağlı bunlar qeyd edilib:
“Azərbaycan klubu Çempionlar Liqasının qrupunda ilk xalını “Atletiko” ilə ev matçında qazandı. Komanda müdafiədəki bu cür oyunu kapitan Rəşad Sadıqovun performansına borclu idi. Sadıqov qrupda xal qazanacaqlarına inanmırdı, amma komanda oyunu şəklində bunu bacardılar. Sadıqov buna layiqdir”.
