Avropa Liqasının qrup mərhələsi çərçivəsində keçirilən "Neftçi"- "Partizan" oyunundan sonra "Neftçi"nin yarımüdafiəçisi Rəşad Sadiqov öz fikirlərini bildirib.
Korner.az-ın məlumatına görə, o oyunun çətin keçdiyini bildirib.
"Bu oyunun çətin olacağını bilirdik. İmkanlarımız çox oldu, amma istifadə edə bilmədik. Bu nəticə də pis deyil. "Partizan" güclü rəqibdir. Mitroviç hakimi ingiliscə söydü. Hakim də haqlı olaraq ona qırmızı vərəqə göstərdi".
