“Bir paytaxt derbisində “Bakı”ya uduzduq. “İnter”lə digər paytaxt derbisində bəraət qazanmalıyıq”.
Korner.az-ın məlumatına görə, bu sözləri “Neftçi”nin futbolçusu Rəşad Sadiqov deyib.
Kapitan “İnter”i məğlub etmək istəyir: “İnter” layiqli rəqibdi. Bu oyunda öz sözümüzü deyəcəyik. Çempionatda kulminasiya nöqtəsi yaxınlaşır. Əgər ardıcıl 4-5 qələbə qazansaq, mövqeyimizi möhkəmləndirəcəyik”.
