Rəşad Sadıqov “Qarabağ”ın tarixinə düşüb. 30 yaşlı müdafiəçinin Premyer Liqanın III turunun “Sumqayıt”la oyununda vurduğu qol klub tarixinə çempionatlardakı 800-cü qol kimi düşüb.
Korner.az– ın PFL-in saytına istinadən məlumatına görə, bu matçadək ağdamlılar 798 dəfə rəqib qapılarına yol tapmışdı. Rəşad 6:1 hesabı ilə başa çatan görüşün 21-ci dəqiqəsində penaltidən komandasının ikinci qolunu vurmaqla 800-cü qolun müəllifi olub.
Bu qol komandanın ölkə çempionatlarındakı 560-cı matçında vurulub. “Qarabağ” “Neftçi” və “Kəpəz”dən sonra 800 qol səddini arxada qoyan 3-cü komanda olub.
“Qarabağ”ın çempionatdakı qolları mövsümlər üzrə:
mövsüm adı Ümumi qol sayı Texniki qələbə Vurulan qol
1992 Qarabağ (Ağdam) 77 1 74
1993 Qarabağ (Ağdam) 25 2 19
1993/94 Qarabağ (Ağdam) 61 3 52
1994/95 Qarabağ (Ağdam) 42 2 36
1995/96 Qarabağ (Ağdam) 51 51
1996/97 Qarabağ (Ağdam) 61 61
1997/98 Qarabağ (Ağdam) 43 2 37
1998/99 Qarabağ (Ağdam) 53 1 50
1999/2000 Qarabağ (Ağdam) 21 21
2000/01 Qarabağ (Ağdam) 21 1 18
2001/02 Qarabağ-Azərsun (Ağdam) 41 0 41
2003/04 Qarabağ-Azərsun (Ağdam) 63 1 60
2004/05 Qarabağ (Ağdam) 61 2 55
2005/06 Qarabağ (Ağdam) 32 32
2006/07 Qarabağ (Ağdam) 20 20
2007/08 Qarabağ (Ağdam) 25 25
2008/09 Qarabağ (Ağdam) 35 35
2009/10 Qarabağ (Ağdam) 31 31
2010/11 Qarabağ (Ağdam) 41 41
2011/12 Qarabağ (Ağdam) 37 37
2012/13 Qarabağ (Ağdam) 8 8
849 15 804
“Qarabağ”ın çempionatdakı tarixi qollarıN Oyunçu Rəqib Yer Dəq. Mövsüm Tarix
1 Mehman Alışanov İnşaatçı(Sabirabad) e 4 1992 03.05.1992
100 Səttar Əliyev Xəzər (Sumqayıt) e 68 1993/94 30.09.1993
200 Müşfiq Hüseynov Kür-Nur (Mingəçevir) e – 1995/96 01.10.1995
300 Bəxtiyar Musayev Neftçi (Bakı) e 64 1997/98 22.11.1997
400 Elmir Xankişiyev Şəfa (Bakı) s 13 1999/2000 03.04.2000
500 Eldəniz Məmmədov Şahdağ-Samur (Qusar) s 89 2003/04 13.09.2003
600 Vasif Haqverdiyev MOİK (Bakı) e 14 2005/06 29.04.2006
700 Rəşad Sadiqov Qəbələ (Qəbələ) s 78 2009/10 06.12.2009
800 Rəşad Sadıqov Sumqayıt (Sumqayıt) s 21 2012/13 19.08.2012
1995/96 mövsümündə vurulan qolların dəqiqələri protokollarda qeyd olunmayıb.
