Rəşad Sadıqov qol orucunu pozub.
Korner.az-ın məlumatına görə, dünən baş tutan “Kəpəz” – “Qarabağ” matçının 9-cu dəqiqəsində hesabı açan millimizin kapitanı uzun fasilədən sonra fərqlənib.
Bel ki, Rəşad sonuncu dəfə 2012/13 mövsümündə qol vurmuşdu. 2013-ilin 16 fevralında baş tutan “Qarabağ” – “Sumqayıt” matçının 87-ci dəqiqəsində fərqlənən kapitan komandasının 3:0 hesablı qələbəsini rəsmiləşdirmişdi.
Beləliklə, Rəşad 3 ilin tamam olmasına 2 gün qalmış, başqa sözlə 1093 gündən sonra qol sevinci yaşayıb.
