Rəşad Sadıqov: “Əlimdən gələnin ən yaxşısını etməyə çalışacağam”
17.07.2020 , 17:08

“Zirə”nin yeni baş məşqçisi Rəşad Sadıqov təyinatı ilə bağlı danışıb.
Korner.az xəbər verir ki, o, klubun mətbuat xidmətinə qısa açıqlamasında bunları deyib:
“Məsuliyyətli işin altına girdiyimi anlayıram. Mənə göstərilən etimada görə “Zirə” rəhbərliyinə təşəkkür edirəm. Əlimdən gələnin ən yaxşısını etməyə çalışacağam”.
Qeyd edək ki, R.Sadıqov “Zirə” ilə 3 illik müqavilə bağlayıb.
