Mövsümü çempion olaraq qapayan "Neftçi" klubundan kənarlaşdırılan Rəşad Abdullayevin yeni klubu müəyyənləşib. Korner.az-ın məlumatına görə, yarımmüdafiəçi "Qəbələ" ilə anlaşıb. Onunla yaxın günlərdə rəsmi müqavilə bağlanacaq.
Xatırladaq ki, “Qəbələ” 2 gün öncə “Xəzər Lənkəran”dan Şəhriyar Xəlilovu da transfer edib.
