"Tovuz səfəri hər zaman çətin olur. Bu dəfə də belə oldu. Meydançanın vəziyyəti də, yaxşı deyildi. Qar, palçıq ot örtüyünü pis vəziyyətə salmışdı. Lakin buna baxmayaraq lazım olan qələbəni qazandıq. Deməık olar ki, ilk "altılıq"a yerimizi bir qədər də yaxşılaşdırdıq. Düzdü çempionatda sürprizlər olur".
Bu sözləri Korner.az-a açıqlamsında "Qəbələ"nin futbolçusu Rəşad Abduallyev deyib. Yarımmüdafiəçi ona xarici klublardan gələn təkliflərdən də danışdı:
"Rusiya Premyer Liqasının iki klubundan təklif almışam. Bunlar "Kırılya Sovetov" və "Rostov"du. Menecerim vasitəsi ilə maraqlanırlar. Diskllərimə baxacaqlar. Mən özüm də istəyirəm ki, legioner həyatı yaşayım. Lakin hal-hazırda bütün diqqətimi "Qəbələ"yə, onun uğurlu çıxışlarının davamına yönəltmişəm".
