Azərbaycan milli komandasının sabiq üzvü, ölkənin əksər iddialı klublarının formasını geyinmiş, “Xəzər Lənkəran” və “Neftçi” kimi klublarda kapitan sarğısını daşımış Rəşad Abdullayev yolun sonuna gəldi.
Korner.az-ın məlumatına görə, son olaraq, AZAL-da çıxış edən Abdullayev 36 yaşında karyerasını bitirdi. Bu barədə təcrübəli yarımmüdafiəçinin özü məlumat verib.
Azərbaycan millisin sabiq üzvü artıq futbolçu karyerasını başa vurduğunu açıqlayıb. Amma onun əsas məqsədi futbol sahəsində qalmaqdır (Futbol11.az).
