Bu gün AFFA-nın İntizam Komitəsinin iclası keçirilib.
Korner.az-ın məlumatına görə, yığıncaqda Topaz Premyer Liqasının XXV turunun oyunlarında baş verən qayda pozuntularına hüquqi qiymət verilib.
Qərarlar aşağıdakı kimidir:
8 mart 2015-ci il, 2014/2015 mövsümündə, XXIII Topaz Premyer Liqasının XXV turunun “Qəbələ” – “Sumqayıt” matçında “Qəbələ” klubunun 5 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün klub 1000 manat cərimə olunur (maddə 40).
8 mart 2015-ci il, 2014/2015 mövsümündə, XXIII Topaz Premyer Liqasının XXV turunun “Neftçi” – “İnter” matçında “Neftçi” klubunun 4 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün klub 1000 manat cərimə olunur (maddə 40).
8 mart 2015-ci il, 2014/2015 mövsümündə, XXIII Topaz Premyer Liqasının XXV turunun “Qarabağ” – “Xəzər Lənkəran” matçında “Xəzər Lənkəran” klubunun 4 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün klub 1000 manat cərimə olunur (maddə 40).
8 mart 2015-ci il, 2014/2015 mövsümündə, XXIII Topaz Premyer Liqasının XXV turunun AZAL – “Bakı” matçının 69-cu dəqiqəsində “Bakı” klubunun 85 №-li futbolçusu Jaba De Carvalho idmançıya yaraşmayan hərəkətə görə ikinci sarı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanır, klub 200 manat cərimə olunur (maddə 48). Oyunun 86-cı dəqiqəsində AZAL klubunun 27 №-li futbolçusu Rəşad Abdullayev rəqibi təhqir etdiyinə görə birbaşa qırmızı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün 3 oyun cəzalanır, klub 2000 manat cərimə olunur (maddə 42.1).
7 mart 2015-ci il, 2014/2015 mövsümündə, XXIII Topaz Premyer Liqasında çıxış edən klubların əvəzedici heyətlərinin XXV turunun “Qəbələ” – “Sumqayıt” matçında “Qəbələ” klubunun 4 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün klub 500 manat cərimə olunur (maddə 40).
7 mart 2015-ci il, 2014/2015 mövsümündə, XXIII Topaz Premyer Liqasında çıxış edən klubların əvəzedici heyətlərinin XXV turunun “Neftçi” – “İnter” matçında “Neftçi” klubunun 5 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün klub 500 manat cərimə olunur (maddə 40).
7 mart 2015-ci il, 2014/2015 mövsümündə, Azərbaycan I divizionun XVIII turunun “Kəpəz” – “Rəvan” matçında “Rəvan” klubunun 4 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün klub 100 manat cərimə olunur (maddə 40).
7 mart 2015-ci il, 2014/2015 mövsümündə, Azərbaycan I divizionun XVIII turunun “Ağsu” – “Zirə” matçında “Zirə” klubunun 4 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün klub 100 manat cərimə olunur (maddə 40).
7 mart 2015-ci il, 2014/2015 mövsümündə, Azərbaycan I divizionun XVIII turunun “Bakılı” – MOİK matçında MOİK klubunun 4 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün klub 100 manat cərimə olunur (maddə 40).
7 mart 2015-ci il, 2014/2015 mövsümündə, Azərbaycan I divizionun XVIII turunun “Şəmkir” – “Neftçala” matçının 69-cu dəqiqəsində “Neftçala” klubunun 5 №-li futbolçusu Musa Rəhimov idmançıya yaraşmayan hərəkətə görə ikinci sarı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanır, klub 20 manat cərimə olunur (maddə 48). Oyunun 90+5-ci dəqiqəsində “Neftçala” klubunun 14 №-li futbolçusu Habil Nurəhmədov idmançıya yaraşmayan hərəkətə görə ikinci sarı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanır, klub 20 manat cərimə olunur (maddə 48). Oyunun 90+3-cü dəqiqəsində “Səmkir” klubunun azarkeşləri tərəfindən meydançaya kənar əşyalar atıldığı üçün klub 200 manat cərimə olunur (maddə 52).
4 mart 2015-ci il U-19 Liqasının AZAL – “Bakı” matçının 70-ci dəqiqəsində “Bakı” klubunun 9 №-li futbolçusu Qurban Hüseynov hakimi təhqir etdiyinə görə birbaşa qırmızı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün 4 oyun cəzalanır (maddə 42.3).
5 mart 2015-ci il U-17 Liqasının “Neftçi İK İB” – “Neftçi PFK” matçının 79-cu dəqiqəsində “Neftçi PFK” klubunun 11 №-li futbolçusu Fərid Qarayev idmançıya yaraşmayan hərəkətə görə ikinci sarı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanır (maddə 48).
5 mart 2015-ci il U-16 Liqasının “Sumqayıt” – “Qəbələ İK” matçının 60-cı dəqiqəsində “Qəbələ” klubunun 6 №-li futbolçusu İlkin Abdullayev idmançıya yaraşmayan hərəkətə görə ikinci sarı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanır (maddə 48). Oyunun 70-cı dəqiqəsində “Qəbələ” klubunun 4 №-li futbolçusu Aqşin Hüseynov idmançıya yaraşmayan hərəkətə görə ikinci sarı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanır (maddə 48).
5 mart 2015-ci il U-16 Liqasının “Vətən” – “Qarabağ” matçının 80+1-ci dəqiqəsində “Qarabağ” klubunun 4 №-li futbolçusu Nahid Zülfüqarov idmançıya yaraşmayan hərəkətə görə ikinci sarı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanır (maddə 48).
5 mart 2015-ci il U-16 Liqasının “Bakı” – “Rəvan” matçının ikinci hissəsində “Rəvan” klubu ikinci hissəyə çıxmadığına görə kluba texniki məğlubiyyət verilir, hesab olduğu kimi saxlanılır(maddə 31).
3 mart 2015-ci il U-15 Liqasının “İnter PFK” – “Xəzər Lənkəran” matçının 67-ci dəqiqəsində “İnter PFK” klubunun 10 №-li futbolçusu Elvin Cəfərquliyev idmançıya yaraşmayan hərəkətə görə ikinci sarı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanır (maddə 48).
9 mart 2015-ci il U-17 Liqasının 1/2 kubok mərhələsinin “Bakı” – “Sumqayıt” matçının 52-ci dəqiqəsində “Sumqayıt” klubunun 20 №-li futbolçusu Nüsrət Şükürzadə hakimi təhqir etdiyinə görə birbaşa qırmızı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün 4 oyun cəzalanır (maddə 42.3).
