İngiltərənin ikinci liqasında çıxış edən “Torqay Yunayted”in futbolçusu Joss Labadie ağır cəzaya məruz qalıb.
Korner.az-ın məlumatına görə, buna səbəb onun rəqibini dişləməsi olub.
Belə ki, 23 yaşlı futbolçu ötən ay “Çesterfild”lə oyunda rəqibi Ollie Banksı dişləyib. Bu səbəbdən federasiya onyu 10 oyunluq cəzalandırıb və 2 min funt-sterlinq cərimə edib.
