"Roma"nın argentinalı futbolçusu Erik Lamela "Yuventus"a 0:4 hesabıyla məğlub olduqları matçda rəqibinə qarşı hörmətsizlik edib. Korner.az-ın məlumatına görə, topsuz zonada rəqibi Stefan Liksteynerə tüpürən Lamela 3 matçlıq diskvalifikasiya olunub.
Qeyd edək ki, "Roma"lı futbolçunun hərəkəti hakimin gözündən qaçsa da, həmin epizod kameralara düşüb.
