big boobs kissing touching figure big tited hot office bregette porns bbcpie big black dick pours multiple creampies into tiny blonde indian aunties outdoors hydden caught sexy hot picture download desi sex video sexy among us domination milky cumsplosion with inflation blast
Çempionlar liqası

“Rəqibi çox tərifləmək də istəmirəm” – Qurban Qurbanov

26.09.2017 , 14:18

“Qarabağ” Çempionlar Liqasının qrup mərhələsinin II turunda sabah “Roma”nı qəbul edəcək. Ağdam klubunun baş məşqçisi Qurban Qurbanov bu gün keçirilən oyunöncəsi mətbuat konfransında jurnalistlərin suallarını cavablandırdı.

Təcrübəli mütəxəssis əvvəlcə görüş barədə fikirlərini bildirdi:

– Bakıda ilk oyunumuzdu. Hamı üçün maraqlıdı və insanlar səbrsizliklə gözləyirlər. Belə bir oyunun Bakıda olması Azərbaycanda futbolun inkişafı üçün böyük addımdı. Qrupda 3 favorit var. Bu komandanı canlı izlədikdən sonra bir daha gördüm ki, “Roma” həddən artıq peşəkar və güclüdü. Çətin olacaq. İstəyirik ki, azarkeşləri sevindirək. Nə qədər ağır olsa da, düzgün oyun qurub, yaxşı mübarizə aparmağa çalışacağıq.

– 70 min azarkeşin qarşısında opynamaq necə hissdi? Təzyiq yoxdu ki?

– Təzyiq həmişə olur. Baxmayaraq ki, Avropa təcrübəmiz var, bu, tamam fərqli səviyyədi. Belə bir stadionda bu cür rəqibləri qəbul etmək xoşdu. Stadion məsələsi çox müzakirə olundu. Məncə, bir daha buna toxunmağa ehtiyac yoxdu. Nə qədər çox azarkeş önündə oynasaq, futbolçuların inamı və məsuliyyəti də daha çox olacaq. Bu gün düşünməliyik ki, doğma meydanımızda rəqibin gücündən asılı olmayaraq, daha yaxşı oyun göstərməliyik. Çalışacağıq ki, bunu nümayiş etdirək. İlk oyunda böyük hesabla uduzsaq da, sabah daha güclü olduğumuzu sübut etmək istəyirik. İnşallah, çalışacağıq ki, yaxşı oyun göstərək. Rəqibə öz oyun fəlsəfəsini meydanda tam göstərə bilməməsinə çalışacağıq.

– Miçelin “Sumqayıt”la oyunda baş verənlərə görə böyük məbləğdə cərimə olunduğu deyilir…

– Onu dünən cərimə etmişik. Bunu hər bir futbolçu başa düşməlidi. Klubda belə şeylər bağışlanmır. Nə qədər səhv etsələr də, bunu normal qəbul edirik. İdmanda bəzi psixoloji vəziyyətlər olur ki, belə hallar baş verir. Sadəcə nizam-intizamdan uzaqlaşmamalıyıq. Kimsə səhv edibsə, bunun cavabını hər hansı formada verməlidi. Miçel peşəkar futbolçudu. Onun işinə yanaşmasını çox bəyənirəm. Nəticə üçün əlindən gələnin artığını etməyə çalışır. Sabah da meydanda ola bilər.

– Aqollinin vəziyyəti nə yerdədi?

– Hər şey yaxşıya doğru gedir. Son qərarı sabah səhərki yüngül məşqdə verəcəyik. Bir neçə mövqeylə bağlı müəyyən fikirlərimiz var. Ansinin də oynamaq ehtimalı böyükdü.

– İlk oyuna nisbətən hansı dəyişiklikləri görə bilərik?

– Heyətdə dəyişiklik edəcəyik. Çünki “Çelsi”dən fərqli sistemdə oynayırlar. Digər tərəfdən öz meydanımızda oynayırıq. İstəyirik ki, nəyə üstünlük veririksə, onu meydanda göstərək. Oyun baxımından və heyət cəhətdən dəyişiklik olacaq.

– “Roma”nın zəif tərəflərini müəyyənləşdirmisizmi?

– İlk dəfə “Borussiya”ya təcrübə üçün getdim, sonra da “Barselona”ya. O zaman fikirləşdim ki, Azərbaycan futbolıu hara, “Borussiya” hara. İspaniyada olanda artıq “Borussiya” hara, “Barselona” hara” deyirdim. Bunlar hamısı top komandalardı. Zəif nöqtə tapmaq həddən artıq çəytindi. Canlı gördükdən sonra komanda necə olmalıdı, bunu hiss etdim. Futbol klubu üçün nə lazımdısa, “Roma”da bunların hamısı var. Hər şey çox yüksək səviyyədədi. Amma ən güclü belə səhv edə bilir, məğlub olur. Elə zəif cəhətlərini gördüyümü deyə bilmərəm. İtaliya kimi böyük bir ölkəni təmsil edir. Böyük həvəslə oynamağa çalışacağıq.

– Daha əvvəl də italyan klublarına, “İnter”, “Fiorentina”ya qarşı oynamısız. Müqayisə eləsəz…

– “Roma” son iki ildə “Yuventus”dan sonra İtaliyada ən güclü komanda olub. Çox tərifləmək də istəmirəm. Özümüzü sığortalamaq kimi olar. “İnter” və “Fiorentina”dan çox fərqlidilər. Bu komandanın İtaliya ikincisi olması az şey deyil.

– Daha çox yerli futbolçuları oynatmağı düşünmürsüz ki?

– Futbol elə bir oyundu ki, burda layiq olan meydana çıxmalıdı. Bunun fərqi yoxdu ki, yerlidi, yoxsa əcnəbi. Biz istəyirik ki, öz futbolçularımız daha çox uğur əldə etsin. Belə bir oyunda kiminsə haqqını əlindən alıb, yerinə başqasını oynatmağı düşünmürük.

Son yazılar

To Top