Ölkə futbolu

“Rəqib səhvimizdən istifadə edərək, hesabı bərabərləşdirdi”

08.03.2021 , 19:55

“Sabah”ın baş məşqçisi Visente Qomes Premyer Liqanın 19-cu turunda “Sumqayıt”a qarşı keçirdikləri oyundan (1:1) sonra mətbuat konfransında jurnalistlərin suallarını cavablandırıb.

Korner.az xəbər verir ki, ispaniyalı mütəxəssis əvvəlcə matçı şərh edib:

– Bərabər səviyyədə oyun keçdi. İlk hissədə üstün tərəf biz idik. İkinci hissədə isə rəqib daha yaxşı oynadı. Rəqib səhvimizdən istifadə edərək, hesabı bərabərləşdirdi.

– Sizə elə gəlmirmi ki, komanda qol vurandan sonra tez geri çəkildi?
– İkinci hissədə top bizdə olmadı. Buna görə çəkilməli olduq.

– Komanda son oyunlarda sanki psixoloji olaraq qırılma yaşayır. Bunu nə ilə əlaqələndirmək olar?
– Bunu futbolçulardan soruşmaq lazımdır. Son 3 oyunda hesabı biz açsaq da, üstünlüyü qoruya bilmirik

– Oyunda dayaq müdafiəçiləriniz çox boşluqlar verirdi sanki. Bu haqda nə deyə bilərsiz?
– İlk hissədə buna daha yaxşı nəzarət edirdik və problem olmurdu. Qoldan sonra burada tamamilə problemlər yaşandı. Fasilədə də futbolçulara bu haqda bəhs etmişdim.

Son yazılar

Yuxarı