Çempionlar Liqası qrup mərhələsinin II turunda "Qarabağ" – "Roma" matçı keçirilib. Oyun qonaqların 2:1 hesablı qalibiyyəti ilə yekunlaşıb.
Oyundan sonra keçirilən mətbuat konfransında ağdamlıların baş məşqçisi Qurban Qurbanov jurnalistlərin önünə çıxıb. Mütəxəssis oyun haqda danışıb.
"Bizim üçün ağır oyun oldu. Xüsusən də oyunun başlanğıcı. İlk dəqiqələrdə rəqib ustalığını göstərdi. Amma 0:2-dən sonra futbolçularım daha diqqətli oldular və rəqibi yaxından tanımağa çalışdılar. Oyunçularımdan razı qaldım. Məğlub oslaq da, istədik ki, yaxşı oyun göstərək. Rəqib layiqli qələbə qazandı. Azarkeşlərimizə çox sağ ol deyirəm"
