Azərbaycanın və “Qəbələ” İdman Klubunun təmsilçisi, qarışıq döyüş növlərində (MMA) çıxış edən Bəxtiyar Abbasovun rəqibi dəyişib.
Korner.az-ın klubun rəsmi saytına istinadən verdiyi məlumata görə, sabah keçiriləcək qarşılaşmada rəqib gözlənildiyi kimi Pavel Kuş deyil, ukraynalı Aleksandr Boyko olacaq.
Rəqibin dəyişməsinə səbəb Kuşun zədələnməsi və döyüşdən imtina etməsidir.
84 kq çəkiyə malik Boyko peşəkar rinqdə 20 döyüş keçirib. Bunlardan 12-də qalib gələn Ukrayna təmsilçisi 8 qarşılaşmada məğlub olub.
