“Rəqib əks hücumda qol vurdu” – Ayxan Abbasov
03.11.2019 , 18:37

Azərbaycan Premyer Liqasında X turun”Zirə” – “Sumqayıt” (2:2) oyunundan sonra keçirilən mətbuat konfransında qonaq komandanın baş məşqçisi Ayxan Abbasov oyunla bağlı fikirlərini bildirib.
Korner.az xəbər verir ki, mütəxəssis oyun haqda bunları deyib:
“Bu gün bizim üçün əhəmiyyətli oyun idi. Turnir cədvəlində yerimizi itirə bilərdik. Qalib gəlsəydik, irəliləyə bilərdik. Qol epizodlarından istifadə etsəydik, hesab böyük olacaqdı. Rəqib əks hücumda qol vurdu. Bu gün iki xal itirdik. Qarşıdakı oyunlara daha ciddi hazırlaşacağıq”.
