Çempionlar Liqasının qrup mərhələsinin II turu çərçivəsində "Qarabağ" İtaliyanın "Roma" klubunu qəbul edəcək. Oyundan öncə matçı keçiriləcəyi Bakı Olimpiya Stadionunda mətbuat konfransı keçirilib.
"Roma"nın Eysebio Di Franmeski jurnalistlər önünə çıxıb. O, jurnalistlərin suallarını cavablandırıb:
– Futbolçularınızı start heyət üçün rəqibə görə seçirsiniz, yoxsa fiziki hazırlığa görə?
– Biz oyunçuların hamısını oynatmağa çalışırıq. Rəqib komandaya uyğun olaraq deyil, oyunçunun hazır olmasına görə şans veririk. "Qarabağ"a və onun tarixinə böyük hörmətim var və əminliklə deyə bilərəm ki, heç də asan oyun olmayacaq.
– El-Şaravinin yenidən meydana qayıtması haqda nə deyə bilərsiz?
– Oyunçunun sağalma müddəti düşündüyümüzdən tez oldu. El-Şaravi qısa müddətdə hazır vəziyyətə gəldi. Gördük ki, oynamağına heç bir maneə yoxdur və ona görə də iştirak ərizəsinə adını daxil etdik. Amma o, olmasa belə Florensi və Perotti futbolçunu layiqincə əvəzləyə bilər.
– Ötən il belə bir fikir yaranmışdı ki, "İtaliya komandaları Çempionlar Liqası üçün tam hazırlaşa bilmir". Siz bu fikirlə razılaşırsınızmı?
– Mən bu fikirlə razı deyiləm. Bütün ölkələrin komandalarına qarşı normal oyunlar keçirimişik. Zəif tərəflərimiz də olub amma düşünmürəm ki, bu bizim məşqlərimizin zəif olması ilə bağlıdır.
– "Qarabağ"a qarşı oyunda rəqibə güzəşt etmək ehtimalınız varmı?
– Əlbəttə bundan sonra güclü oyunlarımız var. Biz bilirik ki, texiki cəhətdən "Qarabağ"dan üstünlüklərimiz çoxdu, ancaq buna rəğmən, daim iddialı oynamaq istəyirik və qələbə üçün çalışırıq. Bizim seçdiyimiz yol qəddar olmaqdı, rəqibə güzəştə getməməkdi.
– Mahir Mədətovu nə vaxtdan izləməyə başlamısınız?
– Maraqlı oyunçudu. Onu da izləyəcəyik. Uzaqdan zərbələri ilə seçilir. Təkcə Mahir Mədətov deyil, başqa təhlükəli futbolçular da var. Ancaq biz bura yalnız qələbə qazanmağa gəlmişik və düşüncəmiz də budur.
