Ölkə futbolu

“Rəqibə istədiyi oyunu oynamağa imkan vermədik” – Obradoviç

15.10.2019 , 23:20

21 yaşadək futbolçulardan ibarət Azərbaycan millisinin baş məşqçisi Milan Obradoviç Avropa çempionatının seçmə mərhələsi çərçivəsində İsveçrəyə məğlub olduqları oyundan sonra fikirlərini bildirib.

Korner.az xəbər verir ki, mütəxəssis 0:1 hesabıyla bitən görüşü belə şərh edib:

Planlaşdırdığımız kimi oynadıq. Ancaq futbolda hər detal vacibdir. Bu gün bizə çox az şey çatmadı. Rəqibə istədiyi oyunu oynamağa imkan vermədik. Əlbəttə, nəticədən razı qalmadım, amma futbolçulardan razı qaldım. Komanda olaraq inkişaf istiqamətində daha bir addım atmış olduq. Ancaq çox işləməliyik. Rəqibə də yaxşı oyuna görə təşəkkür edirəm”.

Son yazılar

Yuxarı