“Rəqibə “afərin” deyirəm, bravo!” – “Nant”ın baş məşqçisi
15.09.2022 , 23:32

“İlk hissədə yaxşı oynadıq. Amma qol vura bilmədik. “Qarabağ” bundan istifadə etdi. 12 dəqiqəyə 3 qol vurdular. Rəqibə “afərin” deyirəm. Bravo!”
Korner.az xəbər verir ki, bu sözləri Fransanın “Nant” klubunun baş məşqçisi Antuan Kombuare Avropa Liqasının qrup mərhələsində Bakıda “Qarabağ” uduzduqları (0:3) matçdan sonra mətbuat konfradsında deyib.
O, bu nəticəyə görə istefa verməyi düşünmədiyini bildirib: “İlk yarıda şanslardan istifadə edə bilmədik. Futbolda vurmayana vururlar. Şanslardan istifadə edə bilmədikcə təzyiqə düşdük. Müdafiədə yaxşı çıxış etmədik. İdmanda udursan da, uduzursan da. Biz “Qarabağ”la cavab oyununu gözləyəcəyik ki, revanş ala bilək. Bazar günü başqa oyunumuz var. Sosial mediaya baxmıram və yazılanlara fikir vermirəm”.
Kombuare “Qarabağ” adı sizin üçün bu günə kimi nə idi, bundan sonra nə olacaq” sualını belə cavablandırıb:“Qarabağ” çox güclü komandadır. Avrokuboklarda uzun illərdir, çıxış edirlər, böyük təcrübəyə malikdirlər. Bilirdik ki, çətin oyun olacaq. Amma 0:3 uduzmağı düşünmürdüm. Cavab oyununda qələbə qazanmağa çalışacağıq”.
