Rəhman Hacıyev:”Oyuna çox ciddi hazırlaşmışıq”
31.07.2019 , 19:05

Avropa Liqasının II təsnifat mərhələsinin cavab görüşündə Rusiyanın “Arsenal” klubu ilə qarşılaşacaq “Neftçi”nin yarımmüdafiəcisi Rəhman Hacıyev keçirilən mətbuat konfransında oyunla bağlı fikirlər bildirib.
Korner.az xəbər verir ki,futbolçu qələbə qazanmaq istədiklərini bildirib:
“Oyuna çox ciddi hazırlaşmışıq.Baş məşqçi tapşırıqlarını verib.İnşallah buna əməl edib,qələbə qazanarıq.Komandada hər şey çox yaxşıdır.Hamımız sabahkı görüşü səbrsizliklə gözləyirik”.
Qeyd edək ki,oyun sabah 21:00-da “Bakcell Arena”da keçiriləcək.
