“Qaziantep B.B”də oynayan iki azərbaycanlı futbolçu Rəhman Hacıyev və Vaqif Cavadov milli komandada da, birlikdə forma geyə bilərlər.
Korner.az-ın məlumatına görə, gənc futbolçu Rəhman Hacıyev Vaqif Cavadovla eyni komandada oynamaqdan duyduğu məmnunluğu dilə gətirib: “Millimizin üzvü Vaqif Cavadovla eyni komandada oynamaq yığmaya yolumu aça bilər. Çünki baş məşqçi Berti Foqts Vaqifə görə “Qaziantep B.B.”nin oyunlarını diqqətdə saxlayacaq. Ola bilsin ki, o zaman oyunum almaniyalı mütəxəssisin diqqətini cəlb etsin”.
