Rəhman Hacıyev: “Hakim bizi çox sıxırdı”
01.12.2018 , 19:14

Topaz Premyer Liqasının XIII turunda “Neftçi” səfərdə “Sabah”la qarşılaşıb. Oyun qonaqların 2:1 hesablı qalibiyyəti ilə yekunlaşıb.
Oyundan sonra “Neftçi”in futbolçusu Rəhman Hacıyev matç haqda danışıb:
“Çox ağır oyun oldu. Azlıqda qaldıq. Çox çətin oldu. Hakimlər də bizi çox sıxdı. Buna baxmayaraq, qalib gəldik. Azlıqda qaldıqdan sonra çox çətinlik çəkdik”
– Bu nəticədən sonra qışı çempion başa vurdunuz…
– Çox sevinirəm. Bu o demək deyil ki, artıq mövsümün də çempionuyuq. Hələ uzun yolumuz, vacib oyunlarımız var”
– Hakimliklə bağlı nə deyə bilərsiniz?
– Səhv ola bilər normaldı. Amma çox epizodda bizi sıxırdı. Komanda şəklində yaxşı oynadıq, 3 xalı qazandıq . Penalti barəsində heç nə deyə bilmərəm. Epizodu görməmişəm. Ancaq Dabonun epizodunda düşünürəm ki, penalti var idi.
– Artıq oynamağa başlamısan, milli komandaya çağrılmaq haqda nə düşünürsən?
– Milliyə çağrılmaq istəyərəm. Əlbəttə, buna çox sevinərəm. Oynamırdım deyə, yox idim, bu da normaldı.
