Avro-2016-nın seçmə mərhələsi çərçivəsində noyabrın 16-da, saat 21:00-da, “Bakcell Arena”da Norveç yığması ilə qarşılaşacaq Azərbaycan milli komandasının noyabrın 4-dən etibarən Bakıda təlim-məşq toplanışı keçirilir.
Korner.az-ın AFFA-nın saytına istinadən məlumatına görə, toplanışa dəvət olunmuş futbolçulardan Rəhman Hacıyev hazırlığa əvvəlcə noyabrın 10-da qatılacağı bildirilsə də, futbolçu dünəndən etibarən təlim-məşq toplanışına qatılıb.
