Rəhim Sadıxov “Zirə”yə keçidindən danışdı
18.06.2022 , 16:58

“Zirə”nin yeni transferi Rəhim Sadıxov klubun saytına açıqlama verib.
Korner.az xəbər verir ki, yarımmüdafiəçi “qartallar”a keçidinə görə şad olduğunu deyib:
“Zirə” ilə müqavilə bağladığıma görə şadam. Qarşıda bizi çox məsul oyunlar gözləyir. Əlimdən gələni edəcəm ki, həm özüm, həm də komandamız uğur qazansın və daha yaxşı nəticələr əldə edək”.
